Nadir qızıl sikkə hərracda 1,44 milyon dollara satılıb
20 dollar nominal dəyəri olan və “ikiqat qartal” kimi tanınan nadir qızıl sikkə Cənubi Kaliforniyada keçirilmiş hərracda alıcı komissiyası daxil olmaqla 1,44 milyon dollara satılıb.
“Report” xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Nevada ştatının Karson-Siti şəhərində 1870-ci ildə zərb edilmiş sikkə “Stack's Bowers Galleries” hərrac evinin ekspertlərinin bildirdiyinə görə, ilkin 3 789 ədəddən qalan cəmi 40-50 nüsxədən biridir.
Bernard Riçardsın kolleksiyasına aid olan sikkənin alıcısı anonim qalmağı üstün tutub. “Professional Coin Grading Service” tərəfindən öz növündə ən yaxşı hesab edilən bu sikkənin qiyməti gözlənilən 2 milyon dollar həddini keçməyib.
Sikkə tarixi üzrə ekspert Con Kralyeviçin sözlərinə görə, COVID-19 pandemiyası dövründə kolleksiya sikkələrinə maraq önəmli dərəcədə artıb. O əlavə edib ki, bu sikkə təxminən 30 illik müəyyənsizlikdən sonra “kölgədən çıxıb” və kolleksionerlər arasında ajiotaj yaradıb.
Agentlik xatırladıb ki, sonuncu dəfə bu sikkə 1986-cı ildə cəmi 23 100 dollara satılmışdı. Sikkənin dəyəri onun qızıl ekvivalentindən xeyli yüksəkdir: bir unsiyadan az olan qızılın dəyəri cəmi 2 600 dollar təşkil edir.
Qeyd edək ki, 20 dollar nominal dəyəri olan sikkənin “ikiqat qartal” (Double Eagle) adı almasının səbəbi onun buraxılışından əvvəl ABŞ-də ən böyük qızıl sikkənin 10 dollar nominal dəyəri olan “qartal” (Eagle) adlanmasıdır. 1849-cu il Kaliforniya Qızıl Hərisliyindən sonra tətbiq edilən yeni nominal dəyər iki dəfə artıq olub, buna görə də “ikiqat qartal” adını alıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İndiki qeyri-sabitlik şəraitində qızıl ən etibarlı yatırımdır: Pandemiyadan sonra enməyən qiymət - FOTO - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













