ABŞ-də fəaliyyət göstərən azərbaycanlı alimin kitabı məşhur universitetlərin kitabxanasına daxil edilib
Far.Az xəbər saytı

ABŞ-də fəaliyyət göstərən azərbaycanlı alimin kitabı məşhur universitetlərin kitabxanasına daxil edilib


ABŞ-də fəaliyyət göstərən gənc alim Yunis Qurbanovun yeni nəşr olunmuş "Xəzər Regionunda Geosiyasət və Enerji Diplomatiyası" kitabı Harvard və Kolumbiya Universitetinin və dünyanın bir çox qabaqcıl təhsil ocaqlarının kitabxanasına daxil edilib və dərslik vəsaiti kimi istifadə olunur.

Alim "Report"un ABŞ bürosuna açıqlamasında bildirib ki, o, kitabında Sovet İttifaqının süqutundan sonrakı inkişaf dövrü qələmə alıb.

Y.Qurbanov ənənəvi təchizatçılara alternativ olaraq Azərbaycan, Qazaxıstan və Türkmənistanın neft və qaz ehtiyatlarını araşdırıb, Azərbaycanın reallaşdırdığı "Əsrin müqaviləsi", "Şad Dəniz 1 və 2", "TANAP", "TAP" kimi nəhəng enerji layihələrindən bəhs edib.

"Azərbaycanın liderliyində Xəzər regionunun resursları dünyada enerji bazarı üçün müstəsna rol oynamaq potensialına sahibdir və mən kitabımda bunu xüsusi ilə qeyd etmişəm. Azərbaycanın Xəzər regionunda geosiyasi mövqeyinə və enerji diplomatiyasına müxtəlif aspektlərdən işıq tutan kitab ABŞ-də təhsil alan tələbələr üçün əvəsiz vəsaitdir", - müəllif qeyd edib.

Qeyd edək ki, Y.Qurbanov hazırda BMT-nin Nyu-Yorkdakı qərargah binasında İnkişaf Koordinasiya Ofisində (DCO) təcrübəçi kimi fəaliyyət göstərir.

FOTO: Vüsalə Abbasova

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər