Ombudsmanın Milli Preventiv Qrupu saxlama yerlərinə baş çəkib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr davam etdirilir.
"Far.Az" xəbər verir ki, Ombudsmanın Milli Preventiv Mexanizm fəaliyyəti çərçivəsində BMT-nin “İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya”sının Fakültativ Protokolu və “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun təşkil olunmuş növbəti başçəkmə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına keçirilib.
Başçəkmədə məqsəd müəssisədə saxlanma şəraiti və rəftar məsələlərinin, saxlanılan şəxslərin hüquqlarının təmin edilməsi vəziyyətinin araşdırılmasından ibarət olub.
MPQ-nin ixtisasca həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı müəssisədə saxlanılan bir neçə təqsirləndirilən şəxs, o cümlədən Sevinc Abbasova, Elnarə Qasımova və Nərgiz Absalamova da konfidensial qaydada qəbul olunub, müraciətləri yerində dinlənilib, bəzi müraciətləri yerində təmin olunub. Qəbul edilmiş şəxslərə hüquqları və Ombudsmanın səlahiyyətləri izah edilib.
Başçəkmənin yekununda təcridxananın rəhbərliyi ilə söhbətlər aparılıb, milli və beynəlxalq qanunvericiliyə əsaslanan müvafiq tövsiyələr verilib.
Oxşar xəbərlər
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pentaqon Yaxın Şərqdə 20-dən çox gəmi cəmləşdirib
-
"United Airlines" şirkətinin işində iri miqyaslı nasazlıq yaranıb
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
CNN: İran Vaşinqtonda Tramp administrasiyası rəsmilərinə hücumlar hazırlayır
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
PSV Kevin De Brüyne üçün transfer təklifi göndərib













