Bakı Təşəbbüs Qrupu: Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ təmin olunmalıdır
Bakı Təşəbbüs Qrupu (BTQ) olaraq biz müstəmləkəçilikdən zərər görən bütün xalqların müstəqillik uğrunda mübarizəsinə dəstək verməyi hədəfləyirik.
Far.Az-nın xəbərinə görə, bu sözləri Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatı ilə birgə təşkilatçılıq çərçivəsində keçirilən “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransda rəhbərlik etdiyi strukturdan danışarkən deyib.
O bildirib ki, Bakı Təşəbbüs Qrupu indiyə qədər beynəlxalq ictimaiyyətin Fransanın müstəmləkəçilik siyasətinin nəticələri ilə bağlı informasiyaya malik olması üçün olduqca vacib işlər həyata keçirib:
"Bu vaxta qədər dekolonizasiya probleminə həsr olunan silsilə hesabatlarımız yayımlanıb. Bizim təşkilat Yeni Kaledoniya, Fransız Polineziyası, Martinik, Qvadelupa, Fransız Qviana, Korsika kimi yerlərdə Fransanın müstəmləkəçilik siyasətinin nəticələri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması istiqamətində çalışıb
Biz Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq platformalardan istifadə edərək, beynəlxalq ictimaiyyətin məlumatlılığının artırılması istiqamətində mütəmadi olaraq çalışırıq. Hesab edirik ki, Boneyra xalqının öz müqəddəratını təyin etmək hüququ əsasdır və buna görə də təmin olunmalıdır".
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Bu gün Bakıda neokolonializmə qarşı mübarizə ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Boneyralı hüquq müdafiəçisi: Niderland öz dilimizdə danışmaq hüququmuzu əlimizdən alır
Boneyralı hüquq müdafiəçisi: Niderland öz dilimizdə daşımaq hüququmuzu əlimizdən alır
Niderlandın koloniyası olan Boneyra adası BMT-yə qətnamə layihəsi təqdim edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya məğlub olub, İtaliya Fransa ilə heç-heçə edib
-
Yağışlı hava ilə bağlı Zığ dairəsi–Hava Limanı yolunda sürət həddi endirilib













