"Ordu"nun basketbolçusu: "Səhvlərdən nəticə çıxarmalıyıq"
Far.Az xəbər saytı

"Ordu"nun basketbolçusu: "Səhvlərdən nəticə çıxarmalıyıq"


Səhvlərdən nəticə çıxarıb daha yaxşı oynamalıyıq.

"Report" xəbər verir ki, bunu "Ordu"nun basketbolçusu İsiah Pope klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, "Quba"ya uduzduqları (75:101) Azərbaycan Basketbol Liqasının IV tur matçı ilə bağlı danışıb:

"Son qarşılaşmada çox uğursuz çıxş etdik. Meydanda lazımı oyunu göstərə bilmədik. Bəzən belə hallar olur. Ciddi səhvlərə yol verirsən və həmin bunlar da matçın taleyini həll edir. Ancaq çempionat hələ qabaqdadır. Bu səhvlərdən nəticə çıxarıb daha yaxşı oynamalıyıq".

İsiah Pope V turda "Sumqayıt"a qarşı keçirəcəkləri görüşə də toxunub:

"Növbəti oyunda bütün gücümüzü qoymalıyıq ki, qalib gələk. Fikrimcə, həmin matç bizim üçün çox önəmli olacaq. “Quba” ilə məğlubiyyəti yaddan çıxarıb bütün diqqəti həmin oyuna yönəltməliyik".

Qeyd edək ki, "Şəki" - "Lənkəran" oyunu dekabrın 8-də baş tutacaq.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
UEFA Avropa Liqası: "Qarabağ" "Ayaks"a məğlub olub - VİDEO - YENİLƏNİB-8
COP29 könüllüləri “Eco Enacthon” layihəsində iştirak ediblər
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər