Rusiyada yanan neft bazasında həlak olanların sayı 47-yə çatıb - VİDEO
Far.Az xəbər saytı

Rusiyada yanan neft bazasında həlak olanların sayı 47-yə çatıb - VİDEO




Rusiyada, Rostov vilayətinin Proletarsk şəhərindəki neft bazasında həlak olanların sayı 47 nəfərə çatıb.

Far.Az xəbər verir ki, bu barədə TASS-a tibbi xidmətlər məlumat verib.

Agentliyin məlumatına görə, 15 rusiyalı yanğınsöndürən xəstəxanaya yerləşdirilib, 32 nəfər ambulator müalicəyə buraxılıb.

Bundan əvvəl Proletarskda dronların düşməsindən sonra 42 yanğınsöndürən yaralandığı bildirilirdi.

Rostov vilayətinin qubernatorunun tapşırığı ilə Proletarska əlavə həkim briqadası göndərilib.

Proletarskda dizel yanacağı anbarlarında yanğın avqustun 18-də üç Ukrayna pilotsuz təyyarəsinin hücumu nəticəsində başlayıb. Sənaye anbarlarının ərazisinə dağıntıların düşməsi yanacağın yanmasına səbəb olub.

Far.Az
VİDEO

Oxşar xəbərlər

Paytaxtda 31 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib
Ukrayna Rostov vilayətində neft anbarını vurub
Hindistanda əczaçılıq zavodundakı partlayışda ölənlərin sayı 17 nəfərə çatıb - YENİLƏNİB
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər