Nazir: "Özbəkistan-Azərbaycan biznes forumu əməkdaşlığımızın şaxələndirilməsi baxımından faydalıdır"
Bu gün Daşkənddə keçirilmiş Özbəkistan-Azərbaycan biznes forumu əməkdaşlığımızın şaxələndirilməsi baxımından faydalı platformadır.
Far.Az xəbər verir ki, bunu tədbirdə iştirak etmiş iqtisadiyyat naziri Mikayıl Cabarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Həmkarım, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Ləziz Kudratovla iki ölkə arasında 2024-2025-ci illər üçün ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsinə dair Yol Xəritəsi çərçivəsində kənd təsərrüfatı, turizm, tikinti, əczaçılıq və avtomobil sənayesi kimi sektorlarda birgə fəaliyyətimizi müzakirə etdik. Biznes forumda energetika, təhsil, logistika, tikinti sahələri üzrə işbirliyi, rəsmi Bakı və Daşkənd arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Quba və Cizak, Beyləqan və Şəhrisəbz şəhərləri arasında qardaşlaşma əlaqələrinin qurulması ilə bağlı imzalanmış sənədlərin mübadiləsi oldu. Bu sənədlər ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi, çoxşaxəli tərəfdaşlığın möhkəmlənməsi baxımından böyük əhəmiyyət daşıyır", - deyə o qeyd edib.
Far.AzOxşar xəbərlər
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-1
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Tarixi addım: Azərbaycana ərazi bütövlüyünün tam təmin etdiyi dövrdə baş tutan səfər - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda müəmmalı taleyi olan bina: 26 ildir niyə satışa çıxarılmır?
-
Aİ Şurasının nümayəndə heyətinə Ağdamda aparılan quruculuq barədə məlumat verilib
-
"Başını kəsmişdi, saçları üzünə tökülmüşdü" - Şəhanənin qətlə yetirildiyi evdən görüntülər
-
ABŞ-Ukrayna İnvestisiya Fondu kritik əhəmiyyətli minerallar sahəsində ilk sövdələşməni bağlayıb
-
Rusiyada məhbus qatarda konvoy əməkdaşını güllələyib
-
UEFA Millətlər Liqası: Türkiyə Belçikaya məğlub olub, İtaliya Fransa ilə heç-heçə edib















