Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb
Far.Az xəbər saytı

Azərbaycanda təhsil alan xarici tələbələrin sayı açıqlanıb


Azərbaycanda cari tədris ilində 105 ölkədən 11 minə yaxın tələbə təhsil alır.

"Far.Az" xəbər verir ki, bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Müjdat Həsənov "Elm və ali təhsilin beynəlmiləlləşməsi" adlı tədbirdə çıxışı zamanı deyib.

Şöbə müdiri bildirib ki, bu göstəricidə ötən illə müqayisədə min nəfər artım olub.

Onun sözlərinə görə, siyahıda Türkiyə, Pakistan və İran ilk üçlükdə yer alır. Tibb, iqtisadiyyat və idarəetmə ixtisasları üstünlük təşkil edir.

"Hazırda xaricdə təhsil proqramı üzrə 21 ölkə üzrə 140 universitetdə 981 tələbə təhsil alır", - şöbə müdiri əlavə edib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan QHT-ləri ABŞ və Avropa İttifaqının məsul qurumlarının rəhbərlərinə açıq məktub göndərib
Rektor: Türkiyə-Azərbaycan Universitetindəki yeni nəsil təhsil sistemi interaktiv və ağıllı modeldir - MÜSAHİBƏ
Bu gündən Qarabağ Universitetində tədris prosesinə başlanılır
Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində noyabr üçün qəbul cədvəli açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər