Qubada ana və körpəsi doğuş zamanı ölüb TƏFƏRRÜAT - YENİLƏNİB
21.08.2024-cü il tarixində 2000-ci il təvəllüdlü Quba rayonu sakini "Hamiləlik 38 həftə, uşaqlıq üzərində çapıq" diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasının Regional Perinatal Mərkəzinə yerləşdirilib.
Bu barədə Far.Az-ə TƏBİB-dən bildirilib.
Müayinələr aparıldıqdan sonra uşaqlıq üzərində çapıq və başlamış doğuş fəaliyyətini nəzərə alaraq, təkrar keysəriyyə kəsiyi əməliyyatı həyata keçirilib. Saat 13:55-də spinal anesteziya tətbiq olunan zaman anada anafilaktik şok əlamətləri müşahidə olunub. Göstərilən tam həcmli intensiv reanimasion tədbirlərə baxmayaraq, ana və bətnindəki körpənin 21.08.2024-cü il saat 15:00 radələrində ölüm faktı qeydə alınıb.
****13:02
Quba rayonunda doğuş zamanı ana və körpəsi dünyasını dəyişib.
Far.Az "Report"a istinadən xəbər verir ki, Şimal bürosunun məlumatına görə, hadisə Regional Perinatal Mərkəzində baş verib.
Belə ki, doğuş üçün Quba Rayon Mərkəzi Xəstəxanasından müraciət edən Xaçmaz rayon Hülövlü kənd sakini, 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı əməliyyat zamanı körpəsi ilə birlikdə ölüb.
Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub.
Faktla bağlı araşdırma aparılır.
Far.AzOxşar xəbərlər
Qubada ana və körpəsi doğuş zamanı ölüb
Qubada ana və körpə doğuş zamanı ölüb
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
14 yaşlı Nərminə Kazımovanın müəmmalı ölümü: Anası qızının orqanlarının götürüldüyünü deyir - VİDEO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
QMİ sədri: Süni intellekt insanı ibadətdə əvəz etməməlidir
-
Şamil Ayrım: Türkiyəyə qarşı soyqırım iddiasının obyektiv araşdırılması üçün arxivlərin açılması zəruridir
-
Bakının bu yollarında hərəkət məhdudlaşdırılacaq
-
Messi Argentina millisinin DÇ-2026 finalında məğlubiyyətinin səbəbini açıqladı
-
İlham Əliyev itkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfrans iştirakçılarına müraciət edib
-
Bakı–Qazax avtomobil yolunda qəza olub, 3 nəfər ölüb













