 
	 
			Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə əlaqədar təxirə salınıb
Sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə videoformatda keçirilən məhkəmə iclası onun səhhəti ilə bağlı müayinələrin aparılması və müalicə müəssisəsinə sorğu göndərilməsi üçün təxirə salınıb.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda müttəhimin vəkili Şəhla Hümbətova deyib ki, müvəkkili iclasda iştirak edə bilmir.
"Hüseyn Abdullayevin vəziyyəti pisdir. O, müalicə olunmalıdır. Məhkəmədən xahiş edirik ki, bununla bağlı müzakirələr aparılsın", - vəkil deyib.
Sabiq deputat da səhhəti bərpa olunana qədər iclaslarda iştirak etmək istəmədiyini deyib.
Məhkəmə iclası sentyabrın 5-nə kimi təxirə salınıb.
Xatırladaq ki, 2019-cu ilin oktyabr ayında H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib.
Sabiq deputata hədə-qorxu ilə tələb etmə, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma və digər əməllərlə bağlı ittiham verilib.
Həbs müddətinin bitməsinə az qalmış onun barəsində yenidən cinayət işi başlanılıb.
İstintaqla Hüseyn Abdullayevin bilə-bilə cinayət yolu ilə əldə etdiyi əmlakın həqiqi mənbəyini gizlətmək məqsədi ilə özünün və ailə üzvlərinin adlarına ölkəmizdə fəaliyyət göstərən banklarda açılmış 7 bank hesabı vasitəsi ilə ümumilikdə 5.5 milyon manatdan artıq pul vəsaitini müxtəlif fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikası və xarici ölkələrdəki bank hesablarına köçürməklə, konvertasiya əməliyyatlarını həyata keçirməklə, habelə qanunsuz əqdlər bağlamaqla yaxın qohumunun adına Azərbaycan Respublikası ərazisində daşınmaz əmlaklar alaraq həmin məbləğdə pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Oxşar xəbərlər
Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə bağlı təxirə salınıb
Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupunun iclası keçirilib
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Mingəçevirdə ata narkotik qəbul edərək qızı ilə intim əlaqədə olmaq istədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
- 	
	Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
- 	
	Saxlanılan icra başçısı KİMDİR?
- 	
	DTX-dən "Hurriyyet TV"də əməliyyat: Vüqar Məmmədov saxlanıldı
- 	
	Rusiyada azərbaycanlı iş adamı qanlı "Mercedes"də ölü tapıldı
- 	
	Dövlət Komitəsinin sədri Türkiyənin Diyanət İşləri İdarəsinin rəhbəri ilə görüşüb
- 	
	Azərbaycanda tələbə təqaüdləri ilə bağlı VACİB AÇIQLAMA













