Moldova Prezidenti Azərbaycanın diaspor rəhbərini “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edib
Moldova Prezidenti Maya Sandu ölkə qarşısında xüsusi xidmətlərinə və yüksək peşəkarlıq bacarıqlarına görə bir sıra şəxslərə fəxri adlar, medallar təqdim edib.
"Report" Moldova Prezidentinin saytına istinadla xəbər verir ki, təltif olunanlar arasında Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov da var. Moldova Prezidenti Maya Sandu Elçin Bayramovu “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edib. Soydaşımız ikitərəfli əlaqələrin inkişafında və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə bu medalla təltif olunub.
“Moldova-Azərbaycan dostluğu və əməkdaşlığının, habelə mədəniyyətlərarası dialoqun inkişafında fəal iştirakına görə Moldova Respublikası Azərbaycanlılar Konqresinin prezidenti Elçin Bayramov “Vətəndaş xidmətlərinə görə” medalı ilə təltif edilib”, - deyə qərarda vurğulanıb.
Prezident Maya Sandu tədbirdə çıxışı zamanı bildirib ki, Moldova təltif olunanların işini yüksək qiymətləndirir.
“Biz sizin gündəlik işinizi yüksək qiymətləndiririk. Bunu qüsursuz etməkdən yorulmayın. Yalnız sizin kimi insanlarla biz cəmiyyəti birləşdirə bilərik, ancaq sizin kimi insanlarla cəmiyyətimizin, ölkəmizin qayğısına qala bilərik”, - deyə dövlət başçısı vurğulayıb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Mehriban Əliyevanın doğum günüdür
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım













