KİV: Mayotta sakinləri Makronun istefasını tələb edib
Far.Az xəbər saytı

KİV: Mayotta sakinləri Makronun istefasını tələb edib


Mayotta sakinləri Fransa prezidenti Emmanuel Makrona dağıdıcı qasırğanın vurduğu adadakı vəziyyətə reaksiyasına görə qəzəblərini bildiriblər.

"Far.Az"un "Euronews"a istinadən verdiyi xəbərə görə, Makron dəymiş ziyanın həcmini qiymətləndirmək və yerli sakinlərə öz dəstəyini göstərmək üçün Hind okeanındakı arxipelaqa səfər edib.

Mayottaya iki günlük səfəri zamanı Makron yerli sakinlərlə mübahisə edib.

Belə ki, görüş zamanı onun istefası ilə bağlı çağırışlar edilib, əlavə yardım tələb olunub.

Yerli sakinlər Parisin zərərçəkənlərə yardım üçün gördüyü tədbirlərdən narazı olduqlarını bildirərək Fransa prezidentini fitə basıblar.

Qeyd edək ki, “Çido” qasırğası dekabrın 14-də Hind okeanındakı Mayotta adasına təsir edib. Hadisə nəticəsində 31 nəfər ölüb, 1 400-dən çox insan xəsarət alıb.

Oxşar xəbərlər

Xaosun bir addımlığında: ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq - ŞƏRH
Fransada böhran qapıda – Makronun Livan saxtakarlığı, cinsi azlıq, erməni siyasəti - ŞƏRH
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Arzuolunmaz Fransa – keçmiş müstəmləkələr Makrona qarşı – ŞƏRH
Parisin mərkəzində minlərlə insan Makronun istefası tələbi ilə etiraz aksiyası keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər