Hökumətin yekun tərkibi ilə bağlı Makron və Bayru arasında fikir ayrılıqları yaranıb
Far.Az xəbər saytı

Hökumətin yekun tərkibi ilə bağlı Makron və Bayru arasında fikir ayrılıqları yaranıb


Fransanın gələcək hökumətinin yeni tərkibi dekabrın 23-də səhər saatlarında açıqlana bilər.

“Far.Az” xəbər verir ki, bu barədə Yelisey sarayındakı mənbələrə istinadən TF1 telekanalı məlumat yayıb.

Baş nazir Fransua Bayru ilkin olaraq həftənin sonuna qədər kabinetin təyinatı prosesini başa çatdırmağı planlaşdırıb, lakin o, dekabrın 22-nin bütün gününü prezident Emmanuel Makronla yekun siyahını razılaşdırmağa sərf edib.

Belə ki, o, gün ərzində iki dəfə Yelisey sarayına gəlib və üçüncü görüş axşam saatlarına planlaşdırılıb.

Prezident və baş nazirin ofisləri prosesi dekabrın 22-də başa çatdırmağa çalışıblar, çünki Mayotte qasırğasının qurbanları üçün ümummilli matəm bazar ertəsi elan ediləcək, buna görə də gün ərzində Nazirlər Kabinetinin tərkibinin elanını təxirə salmaq imkanı mövcuddur.

Hökumətin yekun tərkibi ilə bağlı Makron və Bayru arasında fikir ayrılıqları yaranıb. Xarici işlər naziri vəzifəsini yerinə yetirən baş nazirin partiya yoldaşı Jan-Noel Barronun bu vəzifəyə rəsmi təsdiq edilməsi problem olaraq qalır.

Telekanalın məlumatına görə, prezidentin çoxdankı müttəfiqi və keçmiş daxili işlər naziri Jerald Darmanin XİN rəhbəri olmaq üçün mübarizə aparır. Bayru həmçinin Sebastien Lekornunu silahlı qüvvələrin naziri kimi əvəzləməyə ümid edir, lakin müdafiə, diplomatiya kimi, gizli şəkildə prezidentlik sahələridir və ənənəvi olaraq, bu vəzifələri kimin tutacağına dövlət başçısı qərar verir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Xaosun bir addımlığında: ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq - ŞƏRH
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Fransada böhran qapıda – Makronun Livan saxtakarlığı, cinsi azlıq, erməni siyasəti - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər