Səfir: ABŞ Azərbaycana hər hansı yardım göstərməyə hazırdır
ABŞ səfiri Mark Libbi təyyarə qəzası ilə əlaqədar Azərbaycana qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduqlarını bildirib.
"Far.Az" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Birləşmiş Ştatlar dünənki faciəvi qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmağını arzulayır. ABŞ səfirliyi, azərbaycanlı tərəfdaşlarımızla həmrəylik əlaməti olaraq bayrağını endirib və qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduğunu bildirir",-diplomat vurğulayıb.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
“Birləşmiş Ştatlar dünənki faciəvi qəzada həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara isə tezliklə sağalmağını arzulayır. ABŞ səfirliyi, azərbaycanlı tərəfdaşlarımızla həmrəylik əlaməti olaraq bayrağını endirib və qarşıdakı çətin günlərdə lazım ola…
— U.S. Embassy Baku (@USEmbassyBaku)
Oxşar xəbərlər
AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
AZAL-ın prezidenti: "Ekipajın peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb"
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə təyyarə qəzasının səbəblərinin araşdırılmasını müzakirə edib
Mark Libbinin ayaq tutub yeriməyən yalanları - ABŞ-li səfir ölkəsini necə ifşa etdi? - FOTO - MÜSAHİBƏ
Təyyarə qəzasında yaralananların xəstəxanada hansı şöbələrə yerləşdirildiyi məlum olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Sahilboyu ərazilərdə torpaq sahələrinin istifadəyə və icarəyə verilməsi rəqəmsallaşdırılacaq
-
ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi













