UNICEF: 2024-cü ildə müharibədən zərər çəkmiş uşaqların sayı rekord həddə çatıb
Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Fondunun (UNICEF) məlumatına görə, münaqişə zonalarında yaşayan və ya məcburi köçkün olmuş uşaqların sayı rekord həddə çatıb.
“Far.Az” “DW News”a istinadən xəbər verir ki, bu barədə UNICEF-in icraçı direktoru Ketrin Rassel bildirib.
UNICEF-in hesablamalarına görə, dünyada 473 milyondan çox uşaq və hər altıncısından biri münaqişələrin birbaşa təsir etdiyi ərazilərdə yaşayır. Bu, rekord sayda uşağın ölümü, yaralanması və ya hüquqlarının pozulması ilə nəticələnib.
“2024-cü il faktiki olaraq bütün göstəricilərə görə UNICEF-in tarixində münaqişə zonalarında olan uşaqlar üçün – həm təsirə məruz qalan uşaqların sayına, həm də onların həyatına təsirinə görə ən pis illərdən biri olub”, - Rassel deyib.
Qeyd olunur ki, peyvənd olunmamış və ya az peyvənd olunmamış uşaqların təxminən 40 %-i münaqişənin təsirinə məruz qalmış ölkələrdə yaşayır ki, bu da onları qızılca və ya bu yaxınlarda son 25 ildə ilk dəfə Qəzzada aşkar edilmiş poliomielit kimi xəstəliklərin yayılmasına qarşı həssas edir.
“Müharibə zonalarında olan uşaqlar hər gün həyatda qalmaq üçün mübarizə aparırlar və bu, onların uşaqlıqlarını əllərindən alır. Onların məktəbləri bombalanır, evləri dağıdılır, ailələri dağılır. Onlar təkcə təhlükəsizliyini və həyati vacib ehtiyaclarını əldə etmək imkanını yox, həm də oynamaq, öyrənmək və sadəcə uşaq olmaq imkanını itirir”, - Rassel söyləyib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Müstəmləkəçi Norveç - “Etalon” dövlət yerli xalqların hüquqlarını necə pozur - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib
-
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub













