NATO Baltik dənizində iştirakını artıracaq
Far.Az xəbər saytı

NATO Baltik dənizində iştirakını artıracaq


NATO Baltik dənizində sualtı kritik infrastrukturun zədələnməsi ilə bağlı son hadisələrlə əlaqədar onun hövzəsində iştirakını artıracaq.

“Report” "İnterfaks"a istinadən xəbər verir ki, bunu Estoniyanın baş naziri Kristen Mixal bu gün Tallində keçirdiyi mətbuat konfransında deyib.

O, Estoniya ilə Finlandiya arasındakı “Est Link 2” elektrik kabelini zədələməkdə şübhəli bilinən, Kuk adalarında qeydiyyatdan keçmiş “Eagle S” tankerini saxlayan Finlandiyanın hərəkətlərindən məmnunluğunu ifadə edib. Finlandiya gömrüyünün məlumatına görə, tanker Rusiyanın "kölgə donanması"na məxsusdur.

Dekabrın 25-də Estoniyanın elektrik və qaz təchizatı şəbəkələrinin operatoru olan “Elering” şirkəti “EstLink 2” sabit cərəyan kabelinin qəza nəticəsində sıradan çıxdığını bildirib. Növbəti gün Finlandiya sualtı elektrik kabelini zədələməkdə şübhəli bilinən və Kuk adaları bayrağı altında üzən “Eagle S” neft tankerini saxlayıb.

Helsinki Polis Departamentinin rəhbərliyi altında ibtidai araşdırma başlanılıb.

Oxşar xəbərlər

Estoniya və Finlandiya arasında zədələnmiş “Estlink 2” elektrik kabelinin təmirinə başlanılıb
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Almaniya XİN rəhbəri Rusiyaya qarşı yeni sanksiyaların tətbiq edilməsinə çağırıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər