Kamerunda silahlıların hücumu nəticəsində 5 hərbçi həlak olub
Far.Az xəbər saytı

Kamerunda silahlıların hücumu nəticəsində 5 hərbçi həlak olub


Kamerunun cənub-qərbində fulani icmasından olan silahlı qrupun hücumu nəticəsində bu ölkənin 5 hərbçisi ölüb, daha 3 nəfər itkin düşmüş hesab edilir.

"Report" xəbər verir ki, bu barədə "Alwihda" xəbər portalı məlumat yayıb.

Məlumata görə, silahlılar Akvaya şəhəri yaxınlığındakı hərbçilərin postuna hücum edib. Hücumun səbəbi hələlik müəyyən edilməyib.

Qeyd edək ki, fulani icması ilə fermerlər arasında toqquşmalar tez-tez baş verir. Qarşıdurmanın mərkəzində torpaq hüquqları və su ehtiyatlarına çıxışla bağlı mübahisələr dayanır.

Kamerun hakimiyyəti icmalar arasında gərginliyin yarandığı bölgələrə ordu hissələri göndərir.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycanda torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib
Ombudsman Aparatı: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları bölüşməkdən imtina edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər