Makron Maskı digər ölkələrdəki seçkilərə müdaxilədə günahlandırıb
Fransa Prezidenti Emmanuel Makron amerikalı iş adamı İlon Maskı digər ölkələrdə, xüsusilə Almaniyada seçkilərə müdaxilə etməkdə günahlandırıb.
“Far.Az” xəbər verir ki, Makron bu barədə Yelisey sarayının “X” sosial şəbəkəsindəki səhifəsində yayımlanan çıxışı zamanı bildirib.
"On il əvvəl kimsə bizə desəydi ki, dünyanın ən böyük sosial şəbəkələrindən birinin sahibi seçkilərə, o cümlədən Almaniyadakı seçkilərə birbaşa müdaxilə edəcək? Kim bunu təsəvvür edə bilərdi?", - o qeyd edib.
Mask ilk dəfə deyil ki, sağyönümlü partiyaya səs verməyə çağırır - daha əvvəl o, Almaniyanın "Welt" qəzeti üçün məqaləsində "Almaniya üçün alternativ" (AfD) sağçı partiyasının ölkəni "özünün keçmiş kölgəsinə" çevrilməkdən xilas edə biləcək yeganə siyasi qüvvə olduğunu yazıb.
Bundan başqa, Mask Britaniyanın sağçı populist “Reform UK” partiyasına səs verməyə çağırıb və onun "yeganə ümid" olduğunu bildirib.
Bundan əvvəl partiyanın lideri Naycel Faraj ABŞ-də prezident seçkilərinin qalibi Donald Trampın Mar-a-Laqo malikanəsində Maskla görüşdüyünü bildirib. Onun sözlərinə görə, onlar Britaniya partiyasının maliyyələşdirilməsi məsələsini müzakirə ediblər və iş adamı Farajın düşərgəsini dəstəkləməklə bağlı şübhə yeri qoymayıb.
Oxşar xəbərlər
Bundestaq “Almaniya üçün Alternativ” partiyasının qadağan edilməsi ilə bağlı müraciətə baxacaq
Britaniyanın ən gənc partiyası “Reform UK” ölkədə ikinci siyasi qüvvəyə çevrilib
Xaosun bir addımlığında: ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq - ŞƏRH
Brandenburqda Şolts üçün vacib seçkilər: sosial demokratlar sağçı populistləri üstələməyi bacarıblar
Fransada böhran qapıda – Makronun Livan saxtakarlığı, cinsi azlıq, erməni siyasəti - ŞƏRH
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İlon Mask USAID-i çoxsaylı insanın ölümündə ittiham edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













