Venesuela Prezident Penyanın açıqlamasından sonra Paraqvayla diplomatik əlaqələri kəsib
Far.Az xəbər saytı

Venesuela Prezident Penyanın açıqlamasından sonra Paraqvayla diplomatik əlaqələri kəsib


Venesuela hökuməti Paraqvay Prezidenti Santyaqo Penyanın venesuelalı qaçaq eks-namizəd Edmund Qonsalesi seçkilərin qalibi kimi tanıması barədə bəyanatını rədd edib və bu ölkə ilə diplomatik əlaqələri kəsmək qərarına gəlib.

“Far.Az” xəbər verir ki, bu barədə XİN başçısı İvan Xilin teleqramda paylaşdığı nazirliyin bəyanatında deyilir.

“Paraqvay prezidenti Santyaqo Penya beynəlxalq hüququ və qarışmama prinsipini nəzərə almayaraq, keçmiş Lima Qrupunun siyasi fantaziyalarından olan uğursuz təcrübəyə yuvarlanır... Bu kontekstdə Venesuela Bolivar Respublikası Paraqvay Respublikası ilə diplomatik əlaqələri kəsmək və diplomatik heyətini dərhal geri çağırmaq qərarına gəlib”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, Karakasın hərəkətləri Penyanın “X“ sosial şəbəkəsindəki bloqunda Qonsales və öz ölkəsindən qaçmış Venesuela müxalifətinin lideri Maria Korina Maçado ilə danışıqlar barədə məlumat verməsindən sonra baş verib. Paraqvay prezidentinin sözlərinə görə, Latın Amerikası regionu “xalqın iradəsinə tam hörmət əldə etmək və avtoritar rejimlərin qorunmasının qarşısını almaq üçün” birləşməlidir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Hindistan XİN səfiri və bir neçə diplomatı Kanadadan geri çağırmaq qərarına gəlib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər