Fransalı nazir: 2024-cü ildə ölkədə doqquz terror aktının qarşısı alınıb
Far.Az xəbər saytı

Fransalı nazir: 2024-cü ildə ölkədə doqquz terror aktının qarşısı alınıb


Fransa xüsusi xidmət orqanları respublika ərazisində planlaşdırılan doqquz terror hücumunun qarşısını alıb.

“Far.Az” xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Bruno Retayo “Le Parisien” qəzetinə müsahibəsində bildirib.

"Təhlükə heç vaxt bu qədər real olmayıb. 2024-cü ildə xüsusi xidmət orqanlarımız ölkə ərazisində islamçılar tərəfindən törədilməsi planlaşdırılan ən azı doqquz terror aktının qarşısını alıb, onlardan üçünün bilavasitə Olimpiya Oyunları zamanı törədilməsi nəzərdə tutulmuşdu. Bu, 2017-ci ildən bəri qarşısı alınan terror aktları üzrə ən yüksək göstəricidir", - o qeyd edib.

Nazir radikal islamçılara qarşı mübarizəni sərtləşdirmək niyyətində olduğunu bildirib. Onun sözlərinə görə, bu kontekstdə terrorla bağlı maddələrlə cəza çəkdikdən sonra azadlığa çıxan vətəndaşlar böyük təhlükə yaradır: "2024-cü ildə belə şəxslərin sayı 84 nəfər olub, 2025-ci ildə isə 60-dan çox olacağı gözlənilir".

B.Retayo onların radikal ideyalardan imtina etdiyinə inanmadığını vurğulayıb və bu şəxslərin fərdi müşahidə altında saxlanılacağına söz verib.

Oxşar xəbərlər

Dekabrda orta aylıq temperatur iqlim normasına yaxın olacaq - AYLIQ PROQNOZ
Sentyabr ayının hava proqnozu açıqlanıb
Xaosun bir addımlığında: ermənipərəst baş nazirin ardınca Makronun gedişi Fransanın xilası olacaq - ŞƏRH
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Fransanın "üz qarası", yaxud fransızların qəzəbinə tuş gələn Makron – ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər