Polşa ilk AES-in tikintisi üçün təxminən 15 milyard dollar ayıracaq
Polşa hökuməti Baltik dənizi sahillərində ölkənin ilk atom elektrik stansiyasının (AES) tikintisi üçün 60 milyard zlotadan (15 milyard ABŞ dolları) bir qədər çox vəsait ayırmaq qərarına gəlib.
“Report” xəbər verir ki, bu barədə Polşa Baş nazirinin Dəftərxanasının saytında dərc olunan məlumatda deyilir.
"Hökumət Polşada ilk atom elektrik stansiyasının tikintisi layihəsinin həyata keçirilməsi üçün vəsait ayrılması barədə qərar qəbul edib. 2025-2030-cu illərdə “Polskie Elektrownie Jądrowe” bu strateji enerji sərmayəsini dəstəkləmək üçün 60,2 milyard zlota alacaq", - açıqlamada deyilir.
Qeyd edək ki, AES-in tikintisinin ümumi dəyəri 115 milyard zlota (təxminən 28 milyard dollar) qiymətləndirilir. Tikintinin 2026-cı ildə başlaması planlaşdırılır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













