Almaniyada iki nəfəri öldürən şəxs saxlanılıb
Far.Az xəbər saytı

Almaniyada iki nəfəri öldürən şəxs saxlanılıb


Ötən gün Almaniyanın cənub-qərbində yerləşən Bad-Fridrixsxall şəhərində (Baden-Vürtemberq federal torpağı) maşınqayırma firmasının binasında atəş açaraq iki nəfəri öldürən cinayətkar polis tərəfindən saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Mannheim şəhərinin hüquq-mühafizə orqanlarının mətbuat xidməti məlumat yayıb.

"Şübhəli şəxs Baden-Vürtemberq polisinin xüsusi təyinatlı qüvvələri tərəfindən Zekkax icmasında saxlanılıb", - məlumatda qeyd olunub.

“Bild” qəzetinin məlumatına görə, bu, şirkətin 52 yaşlı əməkdaşıdır.

Xatırladaq ki, maskalı şəxs firmanın binasında atəş açaraq iki nəfəri öldürüb, daha bir nəfəri isə ağır yaralayaraq hadisə yerindən qaçıb. Onun axtarışı və saxlanılması üçün çoxlu sayda polis qüvvələri cəlb edilib. Əməliyyatda helikopter də istifadə olunub.

Oxşar xəbərlər

Almaniyada atışma olub, ölənlər var
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər