ABŞ heyəti Kiyevdə Ukraynaya hərbi yardımı müzakirə edib
ABŞ Milli Təhlükəsizlik Şurasının Ukrayna üzrə direktoru Uinfild Svontonun rəhbərlik etdiyi nümayəndə heyəti Kiyevə səfər edib.
“Far.Az” xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
"Almaniyada keçiriləcək Ukraynaya yardım məsələləri üzrə əlaqə qrupunun iclasından əvvəl ABŞ Milli Təhlükəsizlik Şurasının Ukrayna üzrə direktoru Uinfild Svontonun rəhbərliyi ilə nümayəndə heyəti Kiyevə gəlib. Görüşün əsas mövzularından biri 2024-cü il ərzində ABŞ-nin Ukraynaya yardımının nəticələrinin və 2025-ci ildə müdafiə nazirliklərinin komandalarının qarşılıqlı fəaliyyətinin planlaşdırılmasının müzakirəsi olub", - məlumatda qeyd edilib.
Eyni zamanda ABŞ-nin Ukraynada pilotsuz uçuş aparatlarının istehsalına investisiyaları, hərbi-sənaye kompleksi sahəsində digər birgə layihələrin inkişafı məsələləri müzakirə edilib.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
2024-cü ilin BOEM reallığı: Azərbaycan "yaşıl enerji"nin inkişafı istiqamətində sıçrayış edir
AIFC-nin idarəedici direktoru: “Azərbaycan "yaşıl maliyyələşmə" üzrə regional liderə çevrilə bilər” - MÜSAHİBƏ
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













