Sinqapurda İsrailə qarşı təxribat hazırlayan şəxslər saxlanılıb
Sinqapur Daxili Təhlükəsizlik Departamenti ölkə daxilində və Yaxın Şərqdə İsrailə qarşı təxribat hazırlayan üç radikalın saxlanıldığını bildirib.
“Far.Az” xarici mətbuata istinadən xəbər verir ki, bu şəxslər ötən ilin noyabrında saxlanılsalar da, hakimiyyət bu gün bu barədə məlumat verib.
Saxlanılanların bir-biri ilə əlaqəsi yoxdur və internet vasitəsilə cəlb ediliblər.
Onlardan biri rəqəmsal marketinq şirkətinin direktoru, digərləri lift mexaniki və mühafizəçidir.
Məlumata görə, bu şəxslər "İsrailə qarşı mübarizə aparmaq" üçün Yaxın Şərqə getməyi planlaşdırıblar.
Saxlanılanlardan biri İran xüsusi xidmət orqanlarına tabe olduğunu və "belə bir tapşırıq alacağı təqdirdə Sinqapurda müxtəlif təxribatlar törədə biləcəyini" bildirib. Lakin onun konkret hücum planları olmayıb.
Departament nümayəndəsinin sözlərinə görə, İsraillə HƏMAS arasında müharibənin başlanmasından bəri Sinqapurda saxlanılan radikalların sayı beşə çatıb.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
HƏMAS-İsrail müharibəsinin bir ili - kim nə qazanıb? - ŞƏRH
İran-İsrail müharibəsi – onun bitəcəyi gün uzaqda deyil - ANALİZ
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













