Bayden: Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı artacaq
Far.Az xəbər saytı

Bayden: Kaliforniyada meşə yanğınlarında ölənlərin sayı artacaq


Çox güman ki, Kaliforniyada davam edən meşə yanğınlarında ölənlərin saytı artacaq.

“Report” xəbər verir ki, bunu ABŞ Prezidenti Cozef Bayden yanğın fəlakətinə qarşı cavab tədbirləri ilə bağlı brifinqdə deyib.

Vitse-prezident Kamala Harrislə birlikdə danışan Bayden son 24 saatda yanğınların qarşısının alınması istiqamətində bəzi irəliləyişlərin əldə olunduğunu qeyd edib: “Yerli və federal yanğınsöndürənlər bəzi ərazilərdə yanğınların bir gecədə yayılmasının qarşısını ala bildilər, lakin gələn həftənin əvvəli külək təhlükə olaraq qalmağa davam edəcək. Əmin olacağıq ki, Kaliforniya bu yanğınla mübarizə aparmaq və həyatda qalmaq üçün hər cür resursa malikdir”.

Sakinlərin təxliyə edildiyi evlərdə baş verən qarətlərə toxunan Bayden bunlardan narahat olduğunu əlavə edib.

Vitse-prezident Kamala Harris isə kütləvi dağıntıların şahidi olduqlarını vurğulayıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər