Zelenski PUA sifarişlərini artırmağı əmr edib
Far.Az xəbər saytı

Zelenski PUA sifarişlərini artırmağı əmr edib


Ukrayna Prezidenti Volodimir Zelenski pilotsuz uçuş aparatlarının (PUA) sifarişlərini artırmağı əmr edib.

“Report” “UNIAN”a istinadən xəbər verir ki, o, bu barədə Baş Qərargahın növbəti iclasında danışıb.

Onun sözlərinə görə, əsas məqsəd bu ili bütün növ “PUA”ların əldə edilməsində rekorda nail olmaq və Ukrayna raketlərinin, artilleriyasının və digər zəruri avadanlıqların istehsalını əhəmiyyətli dərəcədə artırmaqdır.

Qeyd edək ki, Ukraynanın Baş naziri Denis Şmıqal daha əvvəl ölkəsinin 2025-ci ildə 30 min uzaq mənzilli PUA və 3 min raket istehsal etməli olduğunu bildirib.

Onun sözlərinə görə, 2025-ci ildə Ukraynanın müdafiəsi və təhlükəsizliyi üçün ümumilikdə 2 trilyon 230 milyard qrivna ayrılıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər