KİV: Kaliforniyadakı yanğına Yeni il atəşfəşanlığı səbəb ola bilər
Los-Anceles dairəsinin Paliseyds bölgəsində baş verən yanğın təkrar alovlanma nəticəsində yarana bilər. Yanğına ilkin səbəb kimi Yeni il atəşfəşanlığının olduğu güman edilir.
“Report” xəbər verir ki, bu barədə “Washington Post” qəzeti yazır.
"Təhlil göstərib ki, yanğın köhnə yanğının bilavasitə yaxınlığında başlayıb. Bu da Yeni il ərəfəsində baş verən yanğının küləkli havada təkrar alovlanma ehtimalını artırır", - nəşr foto, video və radio materialların, peyk şəkillərinin və şahidlərlə müsahibələrin təhlili əsasında bildirib.
Pasifik Paliseyds bölgəsində 1 yanvar gecəsi baş verən yanğın təxminən 4 saat ərzində söndürülüb. Yanğın lokallaşdırıldıqdan sonra Los-Anceles dairəsinin yanğınsöndürmə xidməti təkrar alovlanmanın qarşısını almaq üçün tədbirlər görəcəyini bildirib.
Qeyd olunub ki, kadr çatışmazlığı və digər hadisələrə reaksiya vermək zərurəti səbəbindən yanğınsöndürənlər çox vaxt söndürülmüş yanğının yenidən başlayıb-başlamamasına nəzarət etməkdə çətinlik çəkirlər.
Los-Anceles dairəsində yanvarın 7-də başlayan meşə yanğınları ştatın tarixində ən böyük yanğın kimi qəbul edilib. Yanğınların ümumi sahəsi 16 min hektarı keçib. Yanğınlar nəticəsində azı 24 nəfər həlak olub.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













