Belçikada etirazçılar "pensiyamdan əl çək" tələbi ilə küçələrə çıxıblar
Brüsseldə gələcək hökumətin sosial xərclərin maliyyələşdirilməsini azaltmasına qarşı etirazlar keçirilir.
“Report” xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Belçika Əməkçi Həmkarlar İttifaqları Federasiyasının plakatlarında "Pensiyamdan əl çək!" yazılıb.
Onların fikrincə, hökumət işçilərin pensiyalarına birbaşa həmlə etmək, dövlət xidmətlərində görünməmiş azalma həyata keçirmək" və yalnız pensiyalardan illik təxminən 3 milyard avro qənaət etmək istəyir. Gələcək Nazirlər Kabinetinin fəaliyyəti nəticəsində işçilər pensiyaya çıxdıqdan sonra gəlirlərinin əhəmiyyətli hissəsini itirə bilərlər.
Bildirilib ki, aksiya paytaxtın hava limanının və ictimai nəqliyyatın işində fasilələrə səbəb olub. Xüsusilə, Brüssel hava limanı reyslərinin təxminən yarısının ləğv edildiyini və ya təxirə salındığını bildirib. Milli Dəmir Yolu Nəqliyyatı Şirkəti qatarların sayının azaldılacağını elan edib. Bundan əlavə, Brüssel və Valloniya şəhərlərində avtobusların, tramvayların və metronun işində fasilələr müşahidə olunur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Neft sisternlərindən transkontinental qatarlara: Azərbaycan dəmir yollarının inkişaf yolu və nailiyyətləri
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













