Yeni Kaledoniyalı nazir Fransa telekanalına Bakı Təşəbbüs Qrupunun loqosu ilə çıxıb
Far.Az xəbər saytı

Yeni Kaledoniyalı nazir Fransa telekanalına Bakı Təşəbbüs Qrupunun loqosu ilə çıxıb


Yeni Kaledoniyada yanvarın 12-də müstəqillik uğrunda mübarizə aparanların ənənəvi anım günü qeyd olunub.

“Far.Az”un məlumatına görə, Kanala şəhərində keçirilən anım mərasimində çıxış edən Yeni Kaledoniya hökumətinin üzvü, nazir Maykl Forrest (Mickael Forrest) bu tədbirdə iştirakın əhəmiyyətindən danışaraq, bununla müstəqillik uğrunda mübarizə aparan liderlərin qətiyyəti və cəsarətinin yad edildiyini bildirib.

Qeyd edək ki, Fransa rəsmiləri və bu ölkənin Yeni Kaledoniyadakı havadarları tərəfindən son zamanlar Azərbaycana qarşı hücumlara cavab olaraq, nazir M.Forrest Azərbaycanla həmrəyliyini göstərmək üçün Fransanın dövlət televiziya kanalı “Franceinfo.1” qarşısına Bakı Təşəbbüs Qrupunun loqosu əks olunan baş geyimində çıxıb.

Rəsmi Parisin Yeni Kaledoniyadakı havadarları buna dərhal reaksiya verərək, M.Forresti qınaq atəşinə tutublar.

Yanvarın 14-də Yeni Kaledoniya Konqresinin (Parlament) üzvü və eyni zamanda, Cənub regionunun 1-ci vitse-prezidenti Filip Blayz (Philippe Blaise) nazir M.Forresti “Bakının dəbilqəsi” adlandırıb.

Qeyd edək ki, 40 il əvvəl - 12 yanvar 1985-ci ildə Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparan Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) görkəmli üzvləri Eloy Maçoro (Eloi Machoro) və Marsel Nonnaronun fransız hərbçiləri tərəfindən amansızcasına qətlə yetiriliblər.

Bu hadisədən sonra 12 yanvar tarixi Yeni Kaledoniyada anım günü kimi qeyd edilir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
BTQ-nin icraçı direktoru Yeni Kaledoniyada Fransanın konstitusional dəyişiklik etmək istəyini pisləyib
Yeni Kaledoniyadakı Saint-Luis qəbiləsi Fransaya etiraz olaraq məhkəmə müraciəti yayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər