Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəylinin məhkəməsi keçirilib, 14 nəfər zərərçəkən kimi tanınıb
Almaniyada mühacirətdə olmuş, Azərbaycan tərəfindən axtarışa verilmiş, bir qədər əvvəl Bakıda həbs olunan Müsavat fəalı Mehdi Xəlilbəylinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
APA-nın xəbərinə görə, bu gün Səbail rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən baxış iclasında Mehdi Xəlilbəyli hakimə etiraz edib. O, məhkəmə iclaslarının hakim Günel Səmədovanın sədrliyi ilə davam etdirilməsinə etiraz olaraq vəsatət qaldırıb.
Müşavirədən sonra vəsatətin təmin edilmədiyi açıqlanıb.
Daha sonra məhkəmə zərərçəkmişlərin ifadələri ilə davam edib.
Zərərçəkmiş şəxs qismində ifadə verən Mirzə Həsənov təqsirləndirilən şəxsi tanımadığını deyib. O, 2003-cü ilin oktyabrında, hadisələr zamanı polis əməkdaşı olduğunu deyib: “Sözügedən hadisələrdə zədələnmişəm, qabırğam çatlamışdı, uzun müddət hospitalda yatmışam. Xəsarət alan zaman hava qaranlıq idi. Məni vuran şəxsi görməmişəm. Mehdini tanımıram".
Digər zərərçəkən Zaur İsgəndərov da məhkəmədə ifadəsində hadisələrdə başından xəsarət aldığını deyib: "2003-cü ildə polis işləyirdim. Mənə xəsarət yetirən adam Mehdi Xəlilbəyli olmayıb, bu adamı hadisə zamanı görməmişəm".
Məhkəmə prosesi sentyabrın 6-da davam edəcək.
Qeyd edək ki, Mehdi Xəlilbəyli bu ilin əvvəlində Avropadan Bakıya qayıdıb və hava limanında saxlanılıb. Onun barəsində Binəqədi rayon məhkəməsində həbs-qətimkan tədbiri seçilib. Onun Bakıya könüllü olaraq, istintaqa təslim olmaq üçün gəldiyi bildirilir.
Mehdi Xəlilbəyliyə 2003-cü ildə Cinayət Məcəlləsinin 3 maddəsi ilə - 220 (kütləvi iğtişaş), 221 (xuliqanlıq) və 315 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham elan olunub.
O zaman bununla bağlı jurnalist Sahil Kərimli zərərçəkən kimi tanınıb.
Mehdi Xəlilbəylinin istintaqda və məhkəmədə ifadəsində özünü siyasi mühacir saymadığını deyib. O, Azərbaycanda yaşamaq istədiyini, Vətənə buna görə döndüyünü bildirib.
Cinayət işi ürə jurnalist Sahil Bəxtiyar oğlu Kərimli ilə yanaşı daha 13 nəfər - Cəfərov Elmar Eldar oğlu, Əfəndiyev Mehman Yaqub oğlu, Salayev Emin Akif oğlu, Hüseynov Kamran Akif oğlu, Əhmədov Musa Nizami oğlu, Kazımov Tərlan Qürbət oğlu, Qasımov Ağagül Akif oğlu, Sultanov Elçin Elxan oğlu, İsgəndərov Zaur Tahir oğlu, Həsənov Mirzə Tahir oğlu, Hacızadə Rəşad Mirsahib oğlu, Cəfərov Zavur Cəmil oğlu, Hüseynov Hüseyn Kəskin oğlu zərərçəkən kimi tanınıb.
Oxşar xəbərlər
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Hüseyn Abdullayevin məhkəməsi səhhəti ilə bağlı təxirə salınıb
Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupunun iclası keçirilib
Pensiyaçı kimi qeydiyyatda olanların sayı açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
FNC BOKT maliyyə vəziyyətini açıqlayıb
-
Azərbaycana Amerikadan turist axını 4 %-dən çox artıb
-
Makqreqor beş ayda 12 dəfə dopinq testindən keçib
-
"Neo" BOKT ötən ili zərərlə başa vurub
-
Litva xarici işlər naziri məlumat sızmasının qurbanı olub
-
Yaponiya və Cənubi Koreya 9 illik fasilədən sonra dəniz təlimlərini bərpa edəcəklər













