Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb
Far.Az xəbər saytı

Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb


Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Şuşa, Xocalı şəhərlərinə və Ballıca kəndinə növbəti köç yola salınıb.

“Far.Az”un Qarabağ Bürosunun verdiyi xəbərə görə, bu gün ümumilikdə 28 ailə (135 nəfər) öz ata - baba yurdlarına qayıdır.

Qeyd edək ki, Şuşa şəhərinə 2 ailə (8 nəfər) Xocalı şəhərinə 6 ailə (25 nəfər), Xocalının Ballıca kəndinə isə 20 ailə (102 nəfər) köçürülür.

Xatırladaq ki, bugünkü köçlər də nəzərə alınmaqla indiyə qədər Şuşa şəhərinə 371 ailə (1 396 nəfər), Xocalı şəhərinə 52 ailə (204 nəfər), Xocalı rayonunun Ballıca kəndinə isə 68 ailə (373 nəfər) köçürülüb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Növbəti köç karvanı Xocalının Ballıca kəndinə çatıb, sakinlərə evlərin açarları təqdim edilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Cəbrayıl şəhərində 39 ailəyə mənzillərin açarları təqdim edilib - YENİLƏNİB-3
Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər