İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli azad edilib - FOTO
Far.Az xəbər saytı

İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli azad edilib - FOTO


İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli azad edilib və Azərbaycana qaytarılıb.

"Report"un Azərbaycanın Xarici İşlər Naziriliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə məlumatına istinadən verdiyi xəbərə əsasən, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İran İslam Respublikasından təhvil alınaraq Azərbaycana qaytarılıb.

Məlumata görə, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə gedib. Martın 4-dən etibarən onunla əlaqə kəsilib. Sonradan onun həbs olunması barədə məlumatlar yayılıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər