Strasburqda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyində Strasburqda yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib.
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən “Far.Az”a verilən məlumata görə, tədbirdə əvvəlcə xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda mübarizədə canlarından keçən həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində çıxış edən daimi nümayəndə Fəxrəddin İsmayılov ölkəmizin müstəqillik mübarizəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrdən bəhs edib, Qara Yanvar hadisəsinin xalqımız üçün qanlı faciə olmaqla yanaşı, millətimizin qəhrəmanlığı, yenilməz iradəsinin bir rəmzinə çevrildiyini söyləyib. O, 35 il keçməsinə baxmayaraq, sovet qoşunlarının Azərbaycanda törətdiyi qırğının ağrı-acısının unudulmadığını və şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını bildirib.
Daimi nümayəndə Azərbaycanın üzləşdiyi faciənin artıq ertəsi günü Ulu Öndər Heydər Əliyevin SSRİ-nin paytaxtı Moskvada ədalətin təmin edilməsi üçün Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini və xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığını qeyd edib.
F.İsmayılov ölkəmizə ərazi iddialarının irəli sürülməsi və Ermənistandan azərbaycanlıların zorla qovulması ilə başlayan, 20 Yanvar faciəsi və hərbi işğalla davam edən məşəqqətli tarixi dövrün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpası ilə sona çatdığını, xalqımız və ölkəmiz üçün artıq yeni bir tarixi dövrün başladığını deyib.
Çıxışlardan sonra Azərbaycan Televiziyasının hazırladığı və Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
20 Yanvar: cəzasız qalan cinayət - ŞƏRH
Şəhidlərimizin əziz xatirəsi Strasburqda anılıb
Qanlı 20 Yanvar faciəsindən 35 il ötür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
-
Qarakənd faciəsindən 35 il ötür
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb













