İsrailin ABŞ-dakı səfiri: Netanyahunun Trampla görüşü gözlənilir
İsrailin Baş naziri Benyamin Netanyahu yaxın həftələrdə Vaşinqtona səfər etməyi və andiçmə mərasimindən sonra ABŞ-nin 47-ci Prezidenti Donald Trampla görüşən ilk xarici liderlərdən biri olmağı planlaşdırır.
"Far.Az"un xəbərinə görə, bunu İsrailin ABŞ-dəki səfiri Maykl Hersoq səlahiyyət müddətinin başa çatması münasibətilə “Walla” portalına müsahibəsində deyib.
"Baş nazir Netanyahunun yaxın həftələrdə Ağ Evə səfəri gözlənilir. Bu məsələ ilə bağlı müzakirələr davam edir, lakin hələ yekun tarix yoxdur", - portal İsrailin Vaşinqtondakı səfirindən sitat gətirib.
Bundan əlavə, Trampın prezidentliyinin ilk günlərində keçmiş prezident Cozef Baydenin İsrailə silah satışına, o cümlədən bir tonluq bombalara dair məhdudiyyətlərini ləğv edəcəyi gözlənilir.
O, hesab edir ki, Tramp Bayden administrasiyasının İsrailə silah satışı ilə bağlı qadağanı ləğv edəcək və səlahiyyət müddətinin əvvəlində satışa icazə verəcək.
Səfirin sözlərinə görə, Trampın ABŞ-nin əvvəlki administrasiyası tərəfindən İordan çayının qərb sahilində yəhudilərin məskunlaşmasına qarşı tətbiq olunan sanksiyaları ləğv edəcəyi və 2024-cü il noyabrın 21-də Netanyahu və İsrailin keçmiş müdafiə naziri Yoav Qalanti hərbi cinayətlərdə ittiham edib barələrində həbs qərarı çıxaran Beynəlxalq Cinayət Məhkəməsinə qarşı tədbir görəcəyi gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Donald Trampın məsuliyyəti: “Amerikanı yenidən möhtəşəm et” - ŞƏRH
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Donald Trampın inauqurasiya mərasimi başa çatıb - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













