Ukrayna keçən il elan edilən hərbi yardımları hələ də ala bilməyib
Far.Az xəbər saytı

Ukrayna keçən il elan edilən hərbi yardımları hələ də ala bilməyib


Ukrayna tərəfdaşlarının 2024-cü ildə elan etdiyi hərbi yardımları hələ tam ala bilməyib.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Dovos İqtisadi Forumunda çıxışı zamanı deyib.

Zelenski hərbi yardımın çatdırılması ilə bağlı ciddi problemlərin olduğunu diqqətə çatdırıb: "Keçən ilki yardımlar hələ də yoldadır".

O, Ukrayna qoşunlarını Kursk vilayətindən sıxışdırmaq üçün Rusiyanın kifayət qədər gücü olmadığını vurğulayıb: "Bu gün orada 60 mindən çox rus, 12 min Şimali Koreya hərbçisi var idi. Şimali Koreya hərbçilərinin dörd mini ölüb. Başqa bir ölkəni bu müharibəyə sürükləmək Kremlin strategiyası idi".

Ukrayna dövlət başçısının sözlərinə görə, şərqdə vəziyyət ağırdır: "Rusiya qoşunlarını ən çox orada saxlayır".

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Zelenski isə daha əvvəl söyləyib ki, müharibənin bu il başa çatması üçün mümkün olan hər şeyi edəcək.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər