Suriya Tartus limanını idarə edən Rusiya şirkəti ilə müqaviləni ləğv edib
Suriyanın yeni hakimiyyət orqanları 2019-cu ildə Rusiya şirkəti ilə Tartus dəniz limanının idarə edilməsi üzrə investisiya müqaviləsini ləğv edib.
“Far.Az” xəbər verir ki, bu barədə Suriyanın “Al Watan” qəzetinə Tartus əyalətinin gömrük departamentinin direktoru Riad Cudi məlumat verib.
Onun sözlərinə görə, Suriya keçid hökuməti limanın restrukturizasiyası üzərində işləyir, onun tam fəaliyyətini bərpa etməyə çalışır. Xüsusilə, Suriyanın yeni hakimiyyət orqanları bəzi kateqoriyalı mallar üçün gömrük rüsumlarını 60% azaldıb. Qurum rəsmisi qeyd edib ki, yüksək ödənişlər və logistika xidmətlərinin baha olması səbəbindən dəniz limanı praktiki olaraq fəaliyyət göstərmir.
Qeyd edək ki, 2019-cu ildə Rusiya Baş nazirin müavini Yuri Borisov Rusiya və Suriyanın Tartus limanını 49 il müddətinə “Stroytransgaz”a icarəyə vermək barədə razılığa gəldiyini açıqlayıb. Onun inkişafına 500 milyon dollar sərmayə qoymalı idi. Bu məbləğdən nə qədərinin xərcləndiyi məlum deyil. Suriya səlahiyyətliləri həmçinin limanın gücünün ildə 4 milyon tondan 38 milyon tona yüksələcəyini gözləyirdi.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Biznes məqsədli avtomobillərin idxalında beynəlxalq təcrübə: Azərbaycanda mövcud vəziyyət - ARAŞDIRMA
Şimaldan Cənuba, Qərbdən Şərqə uzanan yollar: Azərbaycanın nəqliyyat-logistika sahəsində uğurları
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













