Bakıda binada yanğın, tüstülənmiş evlərdən sakinlər təxliyə olunub
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırov küçəsində onbirmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
FHN-dən “Report”a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yaşayış binasının zirzəmisində baş verən yanğın mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Təhlükəsizlik tədbirləri çərçivəsində 11-ci mərtəbədə liftdə qalan 5 nəfər xilas edilib, tüstülənmiş mənzillərdən 3 nəfər bina sakini FHN-in qüvvələri tərəfindən təxliyə olunub.
Yanğın nəticəsində onbirmərtəbəli yaşayış binasının zirzəmisində elektrik otağında 10 ədəd sayğac, qoruyucu açar və 20 p.m. kabel yanıb. Mənzillər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Yasamalda onbirmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi - FOTO/VİDEO
Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib
Yasamal rayonunda onbirmərtəbəli yaşayış binasında yanğın baş verib - VİDEO
Yasamalda yaşayış binasının zirzəmisində yanğın baş verib - YENİLƏNİB
Naxçıvanda ot bağlaması və avtomobilin yük hissəsi yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
Lerikdə Hamarmeşə–Bibiyani yolu yenidən qurulur













