BMT Baş katibi Trampın Qəzza zolağı ilə bağlı planından narahatdır
BMT Baş katibi beynəlxalq hüququn pozulmasının qarşısını almağa və üzv dövlətlərə bunu dəstəkləmək üçün vəzifələrini yerinə yetirməyə çağırır.
“Report”un ABŞ bürosu xəbər verir ki, bunu Baş katibin sözçüsü Stefan Dujarrik ABŞ Prezidenti Donald Trampın Qəzza zolağını Birləşmiş Ştatların nəzarətə götürməyi nəzərdə tutulduğuna dair açıqlamasına münasibət bildirərkən deyib.
S.Dujarrik bildirib ki, məsələnin müzakirəsi üçün A.Quterreş və D.Tramp arasında telefon danışığı üçün Baş Katibliklə ABŞ hökuməti arasında əlaqə qurulub: “Həll yolları axtararkən bizim tapdığımız hər hansı yol beynəlxalq hüququn təməlində dayanmalıdır”, - sözçü əlavə edib.
Qeyd edək ki, D.Tramp fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Qəzza zolağı ilə bağlı gözlənilməz təklif irəli sürüb. O, qeyd edib ki, Birləşmiş Ştatlar fələstinlilərin ərazidən çıxarılmasını və bölgəni nəzarətə götürərək onu iqtisadi baxımdan inkişaf etdirib, müxtəlif xaqların sülh şəraitində yaşaya biləcəyi mükəmməl məkana çevirməsini nəzərdə tutur.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
-
"Alaves" "Real"ın 10 matçlıq qələbə seriyasına son qoyub
-
The Washington Post: İran ABŞ qüvvələrinə qarşı əməliyyatlarda Maskın Starlink sistemindən istifadə edib
-
İspaniyada növbədənkənar parlament seçkiləri keçiriləcək
-
"Mançester Yunayted" antirekord müəyyənləşdirib
-
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək













