Yaponiyada güclü qar insan tələfatına səbəb olub, bir neçə nəfər xəsarət alıb
Far.Az xəbər saytı

Yaponiyada güclü qar insan tələfatına səbəb olub, bir neçə nəfər xəsarət alıb


Yaponiyanın şimalında güclü qar nəticəsində azı bir nəfər ölüb, 9 nəfər müxtəlif xəsarətlər alıb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Xayasi bildirib.

“Bu günə olan məlumata görə, bir nəfərin öldüyü, xəsarət alan dörd yaralının vəziyyətinin ağır olduğu, beş nəfərin isə yüngül xəsarət aldığı barədə məlumat əldə etmişik”, - o deyib. Xayasinin sözlərinə görə, fevralın 4-dən ölkənin şimalında davam edən güclü qar Hokkaydonun şimal prefekturasının bir çox bölgələrində avtomobil və dəmir yolunun hərəkətini pozub, 130-dan çox daxili reys ləğv edilib.

Baş katib vurğulayıb ki, ölkə hakimiyyəti vəziyyətin inkişafını diqqətlə izləyir, müvafiq idarələrin və fövqəladə hallar xidmətlərinin fəaliyyətini əlaqələndirir.

Qeyd edək ki, Yaponiyanın şimalında artıq üçüncü gündür ki, güclü qar yağır, bəzi ərazilərdə qarın gündəlik həcmi 130 sm-i ötüb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər