Azərbaycandakı sənaye zonalarına daha 1 milyard manat investisiya qoyulacaq
Far.Az xəbər saytı

Azərbaycandakı sənaye zonalarına daha 1 milyard manat investisiya qoyulacaq


Azərbaycanda sənaye zonalarına növbəti mərhələdə mövcud layihələr üzrə daha 1 milyard manatdan çox investisiyanın yatırılması nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bildirib.

O vurğulayıb ki, əlavə investisiyalar hesabına 8 000-dən artıq daimi iş yerinin yaradılması planlaşdırılır.

"2024-cü ildə sənaye zonalarında yeni fəaliyyətə başlayan 10 müəssisə ümumilikdə 48,6 milyon manat investisiya yatırıb, 389 daimi iş yeri yaradıb. Bu müəssisələr müxtəlif təyinatlı tikinti materiallarının, ayaqqabıların, dəmiryolu avadanlıqlarının, elektrik və s. məhsulların istehsalı ilə məşğul olurlar. Yeni fəaliyyətə başlayan müəssisələrin çoxunun Ağdam Sənaye Parkında olması xüsusilə qürurverici haldır.

Sənaye zonalarında investisiya portfeli 7,9 milyard manat olan 152 sahibkarlıq subyektinə rezidentlik, 10 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sahibkarlar sənaye zonalarına 6,9 milyard manat investisiya yatırıb, 84 müəssisə fəaliyyətə başlayıb, 10 700-dən artıq daimi iş yeri yaradılıb", - deyə sədr əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ağdam Sənaye Parkına 97 milyon manat investisiya yatırılıb, 380 nəfərlik daimi iş yeri yaradılıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İZİA rəsmisi: “Araz Vadisi İqtisadi Zonası”nda təməli qoyulan müəssisələr gələn il fəaliyyətə başlayacaq”
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər