Şəhid övladları üçün "Texno Qəhrəmanlar" master-klası keçirilib
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) 44 günlük Vətən müharibəsinin şəhid qəhrəmanlarının övladları üçün "Texno Qəhrəmanlar" master-klası təşkil edib.
AHİK-in "Abşeron" sanatoriyasında keçirilən əyləncəli və maarifləndirici tədbir özəl sektorla əməkdaşlıq çərçivəsində baş tutub.
Əvvəlcə master-klasda 5-14 yaş aralığında şəhid övladlarına informasiya texnologiyaları mütəxəssisləri robotların yığılması və idarə olunması üzrə təlim keçiblər.
Sonra yaş kateqoriyası üzrə bölünmüş qruplar şəklində yarışlara start verilib, iştirakçılar kiçik mühərriklər, ötürücülər və mikrokontrollerlər vasitəsilə robotlar hazırlayıblar. Uşaqlar böyük həvəslə qatıldığı yarışda alqoritm və komandada işləmək bacarıqlarını inkişaf etdiriblər.
Maraqlı və rəqabət şəraitində keçən yarışın qalibləri mükafatlandırılıb. AHİK-in sədr müavinləri - Musa Mirzəyev, Hikmət Osmanov və Qəzənfər Abdullayev uşaqları təbrik edib, onlara sertifikat və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, AHİK könüllüləri də tədbirin təşkilində yaxından iştirak edib, uşaqların asudə vaxtının səmərəli keçməsinə, bilik və bacarıqlarının artırılmasına dəstək olublar.
Qalereya
Oxşar xəbərlər
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Ən ideal partnyor olan yeganə BÜRC
"Baku Steel Company" QSC-də talassemiyalı və hemofiliyalı xəstələrə qanvermə aksiyası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub
-
Naxçıvanda sahibkarlara verilən lisenziyaların sayı 15 %-ə yaxın artıb
-
Metronun "20 Sentyabr" stansiyası bu tarixdə açılacaq













