Moskvada ana və uşağı pəncərədən atan kişi saxlanılıb - YENİLƏNİB
Far.Az xəbər saytı

Moskvada ana və uşağı pəncərədən atan kişi saxlanılıb - YENİLƏNİB


Moskvanın cənub-şərqində xüsusi təyinatlılar arvadını və azyaşlı uşağını 16-cı mərtəbədən pəncərədən atan Aleksandr Lipatovu saxlayıblar.

Far.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə mənbə bildirib.

Aleksandr Lipatov

***

11:55

Rusiyanın paytaxtında kişi qadın və uşağı evin pəncərəsindən atıb, hər ikisi ölüb.

Far.Az xəbər verir ki, TASS-a Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, meyitlərin tapılması ilə bağlı cinayət işi açılıb.

“Moskvanın cənub-şərqində baş verən insidentlə bağlı cinayət işi açılıb. İstintaqın məlumatına görə, avqustun 25-də Moskvanın Krasnokazarmennaya küçəsində yerləşən yaşayış binasının yaxınlığında hündürlükdən yıxılmağa xas xəsarətlər olan qadın və uşaq meyitləri aşkar edilib. Hazırda paytaxtın İstintaq Komitəsinin müstəntiqləri hadisə yerində işləyir", - məlumatda deyilir.

Hüquq-mühafizə orqanları bildirib ki, qadını və azyaşlı uşağı mənzilin pəncərəsindən atdığı iddia edilən şəxs əşyaları yerə atmaqda davam edir. “Fövqəladə vəziyyətin baş verdiyi mənzilə hələ də daxil olmaq mümkün olmayıb”, - deyə agentliyin həmsöhbəti bildirib. Ehtimal olunur ki, kişi qeyri-adekvat vəziyyətdədir.

Oxşar xəbərlər

Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Volqoqradda terrorçuların koloniyada bir neçə nəfəri girov götürməsi zamanı PX-nin dörd əməkdaşı həlak olub - YENİLƏNİB-4 - VİDEO
Ali məktəblərə qəbulun nəticələri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər