Ukrayna artıq alternativ kəşfiyyat mənbələri üzərində işləyir
Far.Az xəbər saytı

Ukrayna artıq alternativ kəşfiyyat mənbələri üzərində işləyir


Ukrayna artıq alternativ kəşfiyyat mənbələri üzərində işləyir.

"Report" "RBK-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Rustem Umerov Berlində almaniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ukrayna kəşfiyyat məlumatlarına çıxışın necə məhdudlaşdırılacağı ilə bağlı ABŞ-dən hələ heç bir məlumat almayıb. "Bununla belə, artıq alternativ mənbələr üzərində iş gedir", - Umerov söyləyib.

"Kəşfiyyat məlumatlarının paylaşılmasının necə məhdudlaşdırılacağı ilə bağlı hələ məlumat almamışıq. Amma biz artıq alternativlər üzərində işləyirik və ehtiyac yaransa, Almaniyadan da daxil olmaqla, bu məlumatları alacağıq", - o deyib.

Qeyd edək ki, martın 5-də KİV-də Rusiya ərazisinə zərbələr endirmək üçün ABŞ və Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsinin dayandırılması barədə məlumat yayılmışdı.

Oxşar xəbərlər

Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər