Bethovenin xəstəliyinin sirri açıldı
Alimlər Lüdviq van Bethovenin sağlamlıq problemlərinin qurğuşun zəhərlənməsi ilə bağlı ola biləcəyini müəyyən ediblər.
Far.Az xəbər verir ki, Almaniyanın ZDF telekanalının məlumatına görə, dahi bəstəkarın saç nümunələrinin kimyəvi analizi orqanizmində normadan xeyli artıq qurğuşun olduğunu göstərib.
Bethoven uzun müddət həzm problemləri və eşitmə itkisi ilə mübarizə aparsa da, xəstəliklərinin dəqiq səbəbi 200 ildən çox idi ki, naməlum qalırdı. Tarixçilərin sözlərinə görə, XIX əsrdə qurğuşun geniş istifadə edilirdi, o cümlədən ucuz şərabların tərkibində mövcud idi. Bethovenin hər gün belə içkilər qəbul etməsi, toksik metalın bədənində toplanmasına və sağlamlığının pisləşməsinə səbəb ola bilərdi.
Bununla belə, alimlər bəstəkarın məhz qurğuşun səbəbindən eşitmə qabiliyyətini itirdiyinə əmin deyillər, çünki ilk simptomlar onda 27 yaşında ortaya çıxmışdı.
Mütəxəssislər hesab edirlər ki, Bethovenin sağlamlığı ilə bağlı tam dəqiq məlumat yalnız onun qalıqlarının ekshumasiya edilməsi ilə əldə oluna bilər. Lakin yaxın gələcəkdə belə bir araşdırmanın aparılması gözlənilmir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bu bitki saçlarınızı daha uzun və daha sağlam edəcək - FOTO
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













