"Haber Global"da Suriyada yaşanan son gərginlik təhlil edilib
Far.Az xəbər saytı

"Haber Global"da Suriyada yaşanan son gərginlik təhlil edilib


Türkiyənin "Haber Global" televiziya kanalında Suriyada son günlər cərəyan edən siyasi hadisələr təhlil edilib.

Far.Az xəbər verir ki, verilişdə qonaq qismində iştirak edən Süheyla Demir Əl-Laziqiyyənin silahlı toqquşmaların mərkəzində yer almasının təsadüf olmadığını qeyd edib.

"Əl-Laziqiyyə Bəşər Əsədin qalası hesab olunurdu. Yeni qurulan hökumətin qüvvələri artıq Əl-Laziqiyyə və Tartus şəhəri də daxil olmaqla təhlükəsizliyi təmin edib. Hazırda əməliyyatın ikinci mərhələsinə hazırlıq görülür və ucqarlarda qalan sabiq rejim ünsürlərinə qarşı tədbirlərə start veriləcək".

Süheyla Demir vurğulayıb ki, Suriyadakı yeni hökumət ilk dəfə ciddi sınaqla üz-üzə qalıb:

"Baş verən hadisələrin zamanı təsadüfi seçilməyib. Çünki hazırda Suriya uzun illərdən sonra beynəlxalq dəstək qazanmağa başlayıb və görünür, bu, kimlərisə ciddi narahat edir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Suriya: Gərginliklərin mərkəzi və beynəlxalq güc mübarizəsi - ANALİZ
Fransızların, əsədlərin dandığı türkmən varlığı – Suriya imtahanla üz-üzə - ŞƏRH
Azərbaycanın yaxın gələcəkdə Suriyada bərpa və yenidənqurma işlərində iştirakı mümkündür - RƏY

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər