Rusiyada əhaliyə XƏBƏRDARLIQ edilib - Sabahdan…
Rusiyada həddindən artıq istiləşmə martın 11-i maksimum həddinə çatacaq.
Far.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın "Phobos" meteoroloji mərkəzi məlumat yayıb.
Bildirilib ki, martın 11-də gün ərzində Atlantik okeanının subtropik zonasından isti havanın Rusiyaya axını davam edəcək. Rusları isti aprel günü gözləyir:
"Axşam cəbhə bölgəsindən buludlar Moskvaya keçməyə başlayacaq və cümə gününə qədər yüngül yağıntı gözlənilir. Buna baxmayaraq, paytaxtda havanın temperaturu müsbət 10-13 dərəcəyə qədər yüksələcək, rekord temperatur müşahidə oluna bilər".
"Ölkənin şimalında isə sərin hava şəraiti gözlənilir. Rusiyanın cənub enliklərində termometr 15-20 dərəcəyə, mərkəzi zonada isə 10-15 dərəcəyə qədər yüksələcək. Mərkəzi Rusiyanın şəhərlərində termometrlərin orta göstəriciləri yenidən rekordlar qırmağa başlayacaq. Tver və Tulada bu ayın dördüncü, Moskvada isə üçüncü ən yaxşı göstəricilər olacaq", - məlumatda qeyd olunub.
İdarə onu da qeyd edib ki, bu həddindən artıq istilər dövrü sona çatacaq. Bu gecə soyuq Skandinaviya havası Rusiyaya, hələlik ölkənin şimal və şimal-qərb bölgələrinə nüfuz etməyə başlayacaq:
"Sankt-Peterburqda leysan yağışları gözlənilir və termometr göstəriciləri normadan 4 dərəcə yuxarı - sıfırdan beş dərəcəyə qədər yüksələcək. Lakin martın 12-nə keçən gecə şəhərdə havanın mənfi 2-3 dərəcəyədək soyuyacağı, bəzi ərazilərdə qısamüddətli qar yağacağı ehtimalı var".
Oxşar xəbərlər
Səhhətindən yazan aktyor: "Bunun üçün məsuliyyət daşımıram"
Azərbaycanda pay torpağı olan 58 min ailəyə dövlət hesabına çıxarış verilib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib
-
Ekspert: "Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır"













