Bu kənddə iftar vaxtı evdə yemək bişirmək, oruc açmaq qadağandır - İLGİNC QƏRAR
Türkiyədə, Nevşehirin Eğrikuyu kəndində muxtar verdiyi fövqəladə qərarla ölkə gündəminə düşməyi bacarıb.
Far.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, kənddə evlərdə iftar verməyi qadağan edib.
Muxtarın qərarına əsasən hamı orucunu kollektiv zəhmətlə hazırlanmış ümumi yeməklə açmalıdır.
Pandemiya dövründə başlayan yeməklərin evə çatdırılması praktikası zaman keçdikcə kənd camaatının ənənəvi vərdişinə çevrilib.
Məlumata görə, son 4 ildir ki, kənd sakinləri və qonaqlar hər Ramazan ayında kənd meydanında açılan süfrələrdə birlikdə iftar edirlər.
Bu unikal təcrübə təkcə kənd sakinlərinin deyil, ətraf kəndlərdən gələn qonaqların da böyük diqqətini çəkir.
Kənd sakinlərindən Figen Eryılmaz deyir ki, bu qanun kəndliləri bir araya gətirir:
"Pandemiya zamanı evlərə xidmət kimi başlayan iş indi böyük bir həmrəyliyə çevrilib. Gündəlik 600-700 nəfər üçün yemək hazırlanır və hamı çox xoşbəxtdir".
Ramazan ayında evdə iftar süfrəsinin qurulmasını qadağan edən kənd muxtarı Nihat Ateş isə verdiyi qərarla bağlı bu sölzəri deyib:
"İftar vaxtı mədəniyyət ocağında bir araya gəlirik. İnciyənlər, küsyənlər də daxil olmaqla, bütün kəndlilər eyni dam altında iftar edirlər. Gündəlik 600 nəfər üçün yeməklər hazırlayırıq".
Gündəlik yemək xərcini xeyriyyəçi vətəndaşların töhfələri ilə qarşıladıqlarını söyləyən muxtar, kənddə birlik və həmrəyliyin ən yüksək səviyyədə olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Ramazan ənənələri keçmişdən bu günə - Müxtəlif bölgələrdə Ramazan ayı necə qeyd olunur?
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İnfarktdan ölən pişik, özünü heyvanlara həsr edən qadın - İçərişəhərdə 100-ə yaxın pişik saxlanılan evdən REPORTAJ - VİDEO
Ramazan (Ramadan) ayında kimlər oruc tutmaya bilər?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













