Allahşükür Paşazadə ABŞ-yə dəvət edilib
Far.Az xəbər saytı

Allahşükür Paşazadə ABŞ-yə dəvət edilib


Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ABŞ-yə dəvət edilib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Azərbaycanda səfərdə olan "İsa Məsih Son Günlərin Müqəddəsləri Kilsəsi"nin rəhbərliyinin nümayəndəsi, Ağsaqqal Cak Cerard Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə ilə görüşündə məlumat verib.

O qeyd edib ki, A. Paşazadəni bu ilin payızında kilsənin ənənəvi ümumi yığıncağında fəxri qonaq qismində görmək arzusundadır və bununla bağlı QMİ sədrinə müvafiq dəvət məktubu ünvanlayacaq.

A. Paşazadə amerikalı qonaqları kilsənin Azərbaycanda qeydiyyatdan keçməsi, Azərbaycanın dinlərarası ailəsinə qoşulması münasibətilə təbrik edib.

Görüşdə tərəflər qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq ikitərəfli əməkdaşlığın yeni perspektivlərini müzakirə ediblər.

Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru R.Həsənov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi A.Cavadov da iştirak ediblər.

Oxşar xəbərlər

Allahşükür Paşazadənin 75 yaşı tamam olur
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
“Dinlərarası harmoniya: dinc birgəyaşayışın təşviqi” mövzusundakı beynəlxalq konfrans işini yekunlaşdırıb - YENİLƏNİB
QMİ sədri: Azərbaycan sivilizasiyalararası dialoqa real töhfələr vermək iqtidarındadır
Qafqaz Müsəlmanları İdarəsinin sədri Rus Pravoslav Kilsəsinin ordeni ilə təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər