NBA tarixinin ən ağır çəkili basketbolçusu vəfat etdi
Amerika Milli Basketbol Assosiasiyasının (NBA) tarixində ən ağır çəkili oyunçusu kimi tanınan Oliver Miller 54 yaşında xərçəng xəstəliyindən vəfat edib.
BAKU.WS xəbər verir ki, bu barədə haber global məlumat yayıb.
Phoenix Suns, Detroit Pistons, Toronto Raptors, Dallas Mavericks, Sacramento Kings və Minnesota Timberwolves klublarında çıxış edən Miller "Big O" ləqəbi ilə tanınırdı. 2.06 metr boyunda olan basketbolçu karyerasına 127 kiloqram çəki ilə başlasa da, zamanla bu göstərici 170 kiloqramı ötüb.
Miller NBA karyerası ərzində orta hesabla 7.4 xal, 5.9 ribaund, 2.2 asist və 1.5 blok göstəricisi ilə çıxış edib. 1992-ci il NBA draftında Phoenix Suns tərəfindən 22-ci sıradan seçilən oyunçu ümumilikdə 9 mövsüm ərzində 493 oyunda iştirak edib. Həmin draftın birinci seçimi isə əfsanəvi Şakil O'Nil olub.
NBA karyerasından sonra Miller Yunanıstan, Polşa, Puerto-Riko və Çin basketbol liqalarında da çıxış edib. 2010-cu ildə Minnesota Timberwolves komandası ilə NBA-yə qayıtdıqdan sonra isə karyerasını başa vurub.
Basketboldan sonra şəxsi həyatında çətinliklərlə üzləşən Miller, 2012-ci ildə sevgilisinin qardaşını silahla yaraladığı üçün bir il həbs cəzası almışdı.
Millerin vəfatı basketbol dünyasında dərin kədər doğurub. Onun adı həm çəkisi, həm də meydandakı bacarığı ilə NBA tarixində xüsusi yer tutacaq.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Serbiyalı basketbolçu NBA tarixində unikal rekorda imza atıb
ABŞ klubunun basketbolçusu unikal nailiyyətə imza atıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













