Tacikistan-Qırğızıstan aviareysləri 4 ildən sonra bərpa olundu
Far.Az xəbər saytı

Tacikistan-Qırğızıstan aviareysləri 4 ildən sonra bərpa olundu


Düşənbə-Bişkek reysi ilə Tacikistan və Qırğızıstan arasında 4 il əvvəl dayandırılan aviareyslər yenidən başladı.

BAKU.WS xəbər verir ki, Qırğızıstan Hava Limanları şirkətinin sözçüsü Alena Xomenko, Somon Air aviaşirkətinə məxsus təyyarənin Manas Beynəlxalq Hava Limanına uğurla eniş etdiyini açıqlayıb.

İki ölkə arasındakı sərhəd münaqişəsi və Qırğızıstanın Tacikistan vətəndaşlarına qoyduğu məhdudiyyətlər səbəbindən Düşənbə-Bişkek reysi 2021-ci ilin mayında dayandırılmışdı. Bundan sonra Qırğızıstan iyun ayında Tacikistanla hava və quru sərhədini tamamilə bağlamışdı.

Tacikistan Prezidenti İmamali Rəhman və Qırğızıstan Prezidenti Sadır Japarovun dünən Bişkekdə sərhəd razılaşması imzalamasından sonra, 14 mart tarixindən etibarən Düşənbə-Bişkek-Düşənbə aviareyslərinin bərpa olunacağı açıqlanmışdı.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Sergey Xomenko: Azərbaycanda keçirilən seçkilərdə ictimai asayiş təmin edilib
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər